AZ

Bakıda UAZ yol kənarındakı avtomobilə çırpıldı - Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, Adil Əliyev idarə etdiyi UAZ markalı avtomobillə yolun kənarında dayanmış “Mercedes-Benz” markalı maşına çırpılıb.

Nəticədə “Mercedes-Benz”in içində olan, taksi kimi fəaliyyət göstərən Arif İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
4
Mənbələr
Şərh ()
Bağla