AZ

"Putin heyvanın ürəyini çıxarıb masaya qoydu və..." - Sabiq deputat danışdı - FOTO

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ilə Rusiya Prezidenti Vladimir Putin arasında münasibətlərə dair yeni təfərrüatlar ortaya çıxıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Berluskoninin partiyasından olan sabiq deputat Fabritsio Çikkitto yerli mətbuata açıqlamasında danışıb.

O, iki liderin (Berluskoni və Putin) 2010-cu ildə tətildə olarkən Putinin təkidi ilə ova çıxdıqlarını söyləyib. Fabritsio bildirib ki, qayıtdıqdan sonra Putinin ovladığı maralın ürəyini çıxarıb boşqaba qoyması Berluskoniyə pis təsir edib.

Putinin "möhtəşəm şam yeməyi olacaq" deməsindən sonra Berluskoni ağacın arxasına gedərək qaytarıb.

Sabiq deputat həmçinin bildirib ki, Putin tapdıqları maralı Berluskoninin ovlamasını istəyib, lakin italyan lider belə bir şey edə bilməyəcəyini deyib. 

Qeyd edək ki, İtaliyanın baş naziri olmuş Silvio Berluskoni ötən ilin yayında vəfat edib. Onun V.Putinlə 20 ildən çox davam edən yaxşı münasibəti olub.

Billurə Yunus

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
Mənbələr
Şərh ()
Bağla