AZ

Aİ səfiri Putinin andiçmə mərasimində iştirak etməyəcək

Avropa İttifaqının (Aİ) səfiri Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə icmanın xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.

"Səfirimiz orada olmayacaq. Aİ-yə üzv ölkələrin əksəriyyəti iştirak etməyəcək", - o deyib.

Qeyd edək ki, Stano Aİ nümayəndə heyətinin və assosiasiyaya üzv ölkələrin Rusiya prezidentinin andiçmə mərasimində iştirak etmək üçün dəvət aldığını təsdiqləyib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
29
Mənbələr
Şərh ()
Bağla