AZ

Qlobal avtomobil satışlarının üçdə biri çinlilərin payına düşüb

Çin istehsalçıları qlobal avtomobil bazarının üçdə birini təşkil edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatında deyilir.

Məlumata görə, martda Çin brendlərinin satışı dünya üzrə satılan 8,15 milyon avtomobilin 33%-nə çatıb.

"Toyota" 10,6 faizlə ən yüksək bazar payını qoruyub saxlayır, ikinci yerdə müvafiq olaraq 9,5 faiz və 7,4 faiz payla "Volkswagen" və "Hyundai" gəlir. İlk onluğa daxil olan yeganə Çin brendi "Geely" 738 mindən çox avtomobil satıb (3,5 faiz).

"Chery" və "Geely" də Avropa bazarının altı faizinə sahibdirlər. Avtomobil nəhəngi "BYD" ucuz elektrik avtomobilləri ilə Çində 9 faiz satışa sahib olsa da, Avropadakı payı hələ 1 faizə çatmayıb.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla