AZ

Vladanka Andreeva: Azərbaycan öz könüllü milli hesabatını təqdim edən azsaylı ölkələrdəndir

"Azərbaycan qlobal səviyyədə özünün könüllü milli hesabatını təqdim edən azsaylı ölkələrdəndir. Bu hesabatı hökumət iyunun 14-də təqdim edəcək".

APA-nın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda 4-cü dayanıqlı inkişaf məqsədləri dialoqu tədbirində bildirib.

O deyib ki, ölkələrin təqdim etdiyi könüllü milli hesabatlar həm ayrı-ayrı sahələrdəki irəliləyişləri, həm də mövcud problemləri göstərmək üçün mükəmməl imkandır:

"Azərbaycan özünün könüllü milli hesabatını təqdim edən azsaylı ölkələrdəndir. Bu hesabatı ölkəniz iyunun 14-də açıqlamağa hazırlaşır. BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə ayrıca sessiyası olacaq. Burada biz bu sahədəki problemləri müzakirə edəcəyik. Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib. Bugünkü tədbirdə BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə xüsusi nümayəndəsi tərəfindən həmin sənəd təqdim olunacaq. Azərbaycan noyabr ayında COP29 adlı beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. Hesab edirəm ki, bu gün keçirdiyimiz tədbir COP29-a hazırlıq baxımından da mühüm əhəmiyyət kəsb edir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
Mənbələr
Şərh ()
Bağla