AZ

“Ermənistan mallarının Rusiya bazarına çıxışı dayandırıla bilər“- Politoloq

"Ermənistan mallarının Rusiya bazarına çıxışı və enerji satışı dayandırıla bilər"

Politoloq Turan Rzayev bunu News365.az-a açıqlamasında deyib. 

"Ermənistan baş nazirinin Rusiyaya səfərdən imtina etməsi də etirazla əlaqəlidir. Yəni Rusiyaya bir növ etirazlarını bildirirlər. Əslində bu etirazlarda Kreml üçün ciddi bir mesajdır.proses belə davam edərsə, artıq Rusiyanın təsirindən çıxmış Ermənistan görə bilərik. Lakin aydın məsələdir ki, Rusiya bu prosesi bu qədər asanlıqla yekunlaşmasına icazə verməyəcəkdir. Bu gün hələdə Rusiyanın Ermənistana təsir gücü kifayət qədər çoxdur. Bu birdən çox sahədə belədir. Ən yaxşı halda Ermənistana ciddi sanksiyalar tədbiq edilə bilər. Ermənistan mallarının Rusiya bazarına çıxışı və enerji satışı dayandırıla bilər"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla