AZ

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

Bakı, 7 may, AZƏRTAC

“Azercell” şirkəti üçün kibertəhlükəsizlik çox önəmlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azercell” şirkətinin Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyeva “Davamlı bağlantı üçün dayanıqlı inkişaf: “Azercell”in illik ESG hesabatının təqdimatı” mərasimində deyib.

Şirin Əliyeva qeyd edib ki, kibertəhlükəsizlik məsələləri "Azercell" üçün daim vacib olub.

“Bunun nəticəsidir ki, 2023-cü ildə Azərbaycanda ilk dəfə keçirilən “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) kibermüharibə yarışında şirkətin “Cybercell” kibertəhlükəsizlik komandası ilk üçlüyə daxil olub. Cari ildə “Azercell” şirkəti günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiyanı işə salmağı planlaşdırır. Bu addım təbiəti qorumaq və ekologiyanı qorumağa tövfə verəcəyinə inanırıq”, - deyə Ş.Əliyeva vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
2
Mənbələr
Şərh ()
Bağla