AZ

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Bakı, 7 may, AZƏRTAC

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoşəkilləri Serbiyada keçirilən iki beynəlxalq fotomüsabiqənin qızıl medalına layiq görülüb.

Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası (FIAP) tərəfindən keçirilən “Photo STAR 2024” fotomüsabiqəsinə dünyanın 40 ölkəsindən 102 iştirakçının 1790 fotoşəkili təqdim olunub. FIAP-ın qızıl medalına İlqar Cəfərovun “Emotions of a weightlifter” fotoşəkili layiq bilinib.

“Gold shadow 2024” fotomüsabiqəsində isə fotomüxbirin "Athlete Willpower" fotoşəkili DIPA-nın (Danube International Photo Assotiation) qızıl medalına layiq bilinib.

Qeyd etmək ki, fotoşəkillər mükafatlara “Fotojurnalistika” nominasiyasında layiq görülüb və 2016-cı ildə Braziliyada keçirilən Olimpiya və Paralimpiya oyunlarında fotomüxbir tərəfindən çəkilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla