AZ

"Səhiyyə - fövqəladə hallarda liderlik" mövzusunda beş günlük təlim kursuna start verib

ÜST-nin Avropa üzrə Regional Ofisi və Türk Dövlətləri Təşkilatı (TDT) 6-10 may tarixləri arasında Türkiyə Respublikasının İstanbul şəhərində "Səhiyyə - fövqəladə hallarda liderlik" mövzusunda beş günlük təlim kursuna start verib.
 
Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən verilən xəbərə görə, təlim zamanı TDT-yə üzv dövlətlər – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan 24 səhiyyə mütəxəssisi öz bacarıqlarını gücləndirmək imkanı əldə edəcək. Təlimdə Azərbaycanı Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisinin mütəxəsissləri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri təmsil edirlər.
 
Açılış mərasimində ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge və TDT-nin baş katibi səfir Kubanıçbek Omuraliyev çıxış edərək sağlamlıq böhranlarının effektiv idarəsində güclü liderliyin mühüm rol oynadığını vurğulayıblar.
 
ÜST-nin ekspert qrupu tərəfindən hazırlanmış və 50 saatdan çox intensiv proqramı əhatə edən bu təlim, xüsusilə fövqəladə hallar zamanı ön cəbhədə olanlar üçün - insident menecerlərindən tutmuş komanda liderlərinə qədər – mövzuya dərindən baxış imkanı yaradacaq.
 
İştirakçılar real həyat senarilərinə əsasən mübarizə aparacaq və komanda koordinasiyası və problemlərin həllindən tutmuş təzyiq altında danışıqlara qədər bilikləri mənimsəyərək gərgin məşqlərdə öz bacarıqlarını sınayacaqlar. Fövqəladə hallarda əməkdaşlığa böyük ehtiyac olduğundan məqsədə çatmaq üçün sektorlararası koordinasiyaya böyük əhəmiyyət verilir.
 
Təlim ÜST-nin Humanitar və Sağlamlıq Fövqəladə Hallarına Hazırlıq üzrə Avropa Mərkəzi, ÜST-nin Baş Qərargahındakı ÜST-nin Səhiyyə Fövqəladə Hallar üzrə Öyrənilməsi və Bacarıqların İnkişafı komandası və TDT-nin birgə əməkdaşlığı çərçivəsində keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla