AZ

Səfirin səfəri - BİZİM ŞƏRH

ABŞ səfiri Mark Libby Şuaşya səfər etdi. Bu səfər Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı.

Çünki bundan əvvəl səfirin Şuşaya səfər etməməsi Azərbaycan cəmiyyətində ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul olunurdu.

Bunun da səbəbi var idi. Səfri iki gün əvvəl verdiyi müsahibədə Şuşaya səfər etməməsini “kimisə şousunda iştirak etmək istəmədiyi” ilə əlaqələndirib. Başqa bir açıqlamasında isə səfir bildirmişdi ki, bu səfərə hazır deyil.

Şuşadan olduğu vaxt öz paylaşımında isə səfiri Mark Libby qeyd edib ki, Şuşada olduğuna görə xoşbəxtdir.

Səfirin səfərdən əvvəl və sonrakı açılamaları bir qədər paradoksal görünür. Ola bilsin ki, səfirin son açıqlamalarından sonra Vaşinqtondan təcili təlimat gəlib və Mark Libby artıq Şuşaya getməyə hazır olduğunu başa düşüb.

ABŞ səfirinin Şuşaya səfəri sözsüz ki, heç nəyi dəyişmir. Ancaq ermənilərin müəyyən mənasız ümidlərinin üzərindən birdəfəlik xətt çəkir.

Dorudur Mark Libbynin Bakıya gəlişindən çox keçməyib. Amma bundan əvvəl heç bir ABŞ diplomatı Şuşaya səfər etməmişdi. Və hətta dəvət olunsalar belə.

Bunun başqa bir səbəbi də ola bilər ki, bu təhlilçilər və politoloqlar tərəfindən unudulur.

ABŞ səfiri Şuşaya məhz Rusiya hərbi kontingenti oranı tərk etməyə başlayandan sonra səfər etdi. Bu məqam ola bilsin ki, əhəmiyyətli görünmür. Amma yəqin ki, əhəmiyyətlidir.  

Herbiand.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla