AZ

“Paralel olaraq mina təmizlənməsi vəgeodeziya işləri görülür“ - İlham İsmayıl

Paralel olaraq həm mina təmizlənməsi, həm də geodeziya işləri görülür.

Hərbi ekspert İlham İsmayıl bunu News365.az-a deyib.

"Ermənistanda qızışdırıcı faktrın nümayəndələri bu gün İrəvan istiqamətində başda  Yepskop, Qalstanyan Baqrat olmaqla gedirlər. Ona görə də o geodeziya işləridir. Bu işçilər polislə bərabər kəndə daxil olublar. Polis hansısa bir müqaviməti görmür və müdaxilə də etmir. Paralel olaraq həm mina təmizlənməsi, həm də geodeziya işləri görülür. Çünki protokoldakı mayın 15-nə qədər olan vaxtda bəlkə də biraz tez olsun, geodeziya ölçü işləri bitəcəkdir. Bitəndən sonra növbəti mərhələ başlayacaqdır. Paralel şəkildə olaraq sərhəd mühəndis qurğularının yaradılmasıdır"- deyə fikirlərini bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla