AZ

ABŞ: “Amerika qoşunlarının Ukraynaya göndərilməsi Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq”

Amerika qoşunlarının Ukraynaya göndərilməsi III Dünya Müharibəsinə gətirib çıxaracaq.

Editor.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar Devid Saks sosial şəbəkədə bildirib . “Hakeem Jeffries Fransa Prezidenti Emmanuel Makronun qrupuna qoşularaq, ABŞ qoşunlarının Ukraynada döyüşməli ola biləcəyini təklif edir. Bu fikri nə qədər təkrar etsələr də, bunun normaya çevrilməsinə imkan verə bilmərik. Bu, III Dünya Müharibəsi olacaq”, – Sachs yazıb.

Jeffries müsahibəsində deyib ki, ABŞ Ukraynanın uduzmasına imkan verə bilməz, çünki o zaman Vaşinqtonun münaqişəyə hərbi müdaxiləsi ehtimalı xeyli artacaq. Mayın 6-da Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, ABŞ prezidenti Co Bayden Ukraynaya qoşun göndərməyəcəyini açıq şəkildə bəyan edib.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla