AZ

Rusiya Hindistan rupisinə və səhmlərinə niyə sərmayə yatırır?

Rusiya dəyər itirən Hindistan rupisinə, səhmlərinə və infrastruktur layihələrinə sərmayə yatırır.

“İki sahil” xəbər verir ki,  bu barədə “Hindustan Times” mənbələrə istinadən məlumat yayıb.

"Hindistanda yığılan rupilərin çoxu tükənib"- məlumatda qeyd edilir. Rusiya tərəfi bu pulları səhmlərə, dövlət qiymətli kağızlarına, infrastruktur layihələrinə və digər aktivlərə yatırmaq üçün bu ölkədən icazə alıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya neftinin Hindistanla ödənişində heç bir problem olmadığını bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla