AZ

"Azərbaycan xalqı döyüş bölgələrində, arxa cəbhədə böyük qəhrəmanlıq göstərib" - MÜNASİBƏT BİLDİRİLDİ

"9 May Azərbaycanda faşizm üzərində qələbə günü kimi qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, nəzərə alsaq, İkinci dünya müharibəsi vaxtı Almaniyada yaranmış faşizm nəinki regional, eyni zamanda bəşəriyyətin özü üçün ciddi təhlükə yaratmışdı: "Bu səbəbdən də bu təhlükələrin qarşısının alınması məqsədilə Azərbaycan xalqı da istər aktiv döyüş bölgələrində, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib.

Azərbaycanlılardan ibarət yaradılmış bir çox taborlar, diviziyalar, eyni zamanda özünümüdafiə dəstələri təşkil olunmuşdu. Onlar aktiv döyüş bölgələrində, həm də arxa cəbhədə öz sözlərini demişdilər. Faşizmin qarşısının alınmasında yüzlərlə, minlərlə azərbaycanlı müxtəlif yüksək titullu adlara layiq görülmüşdür. Bu, bir daha Azərbaycan xalqının nə qədər əzmkar və qəhrəman xalq olmasının göstəricisi idi. Bu səbəbdən 300 mindən yuxarı Azərbaycan vətəndaşının məhz faşizm üzərində qələbə üçün canını verdiyi bu tarixi gündə onların da xatirəsinin anılmasının önəmli olduğunu deyə bilərəm. Məhz Azərbaycanın belə qəhrəman övladlarının sayəsində bəşəriyyətin xilas olunmasında onun da payının olduğunu deyə bilərik. Bu da bir daha Azərbaycanın hər zaman olduğu kimi indi də cinayətkar və faşist ideyalara qarşı mübarizə aparacağının göstəricisidir.

Bu tarixi qələbədə qəhrəmanlıq göstərən bütün həmvətənlərimiz, onların qəhrəmanlıqlarının unudulmaması və hər zaman xatırlandığını və gələcək nəsillərə ötürülməsinin vacib olduğunu düşünürəm. Əlbəttə ki, faşizm üzərində qələbədə zəhməti olmuş hər kəsin bu günü bayram kimi qeyd etməsində haqqı var".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla