AZ

Fransanın Bakıdakı səfiri də...-Tural İsmayılov- ÖZƏL

"Əlbəttə ki, ABŞ-nin Bakıdakı səfirinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə bu günə qədər səfər etməməsi böyük bir ədalətsizlik idi". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Çünki  ABŞ beynəlxalq hüquqa hörmət etdiyini söyləsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulasa da, ABŞ-nin Bakıdakı səfiri Şuşaya və işğaldan azad edilmiş ərazilərə, özəlliklə Şuşanın strateji əhəmiyyəti nəzərə alındıqda səfər etməmişdi. Bu onu göstərirdi ki, ABŞ-nin səfiri bütövlükdə Amerikadakı erməni lobbilərindən çəkinir. Amma Azərbaycan ictimai rəyində, Azərbaycan cəmiyyətində onun sonuncu təxribatçı müsahibəsindən sonra ciddi narazılıqlar artmışdı. Bu fonda həmin etirazlardan qısa bir müddət sonra ABŞ səfiri Şuşaya səfər etməklə bir daha nümayiş etdirdi ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində nə qədər vacib siyasi oyunçudur. Azərbaycanın mövqeləri ilə dünya mütləq şəkildə ayaqlaşmaq məcburiyyətində qalır. Biz gözləyirik ki, Fransanın Bakıdakı səfiri də nəhayət bu addımı atıb işğaldan azad edilmiş ərazilərə səfər edə biləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla