AZ

Azərbaycanhəm regionda, həm də dünyada sülhün təşəbbüskarıdır - ÖZƏL

"Azərbaycanın 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Bu Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Həmçinin, son zamanlar Azərbaycana qarşı çirkin siyasi kampaniya aparan dairələrə tutarlı cavabdır. Ölkə rəhbəri öz çıxışında Azərbaycanın dünyaya açıq ölkə oldugunu da vurgulayaraq bildirdi ki, Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür. Qeyd olunanlar, Azərbaycanın həm regionda, həm də dünyada sülh təşəbbüskarı olmasından xəbər verir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla