AZ

Reabilitasiya mərkəzinə yerləşdirilən Ağakərimin VƏZİYYƏTİ AÇIQLANDI - VİDEO

Bir neçə ildir yataq xəstəsi olan meyxanaçı Ağakərim Novruzov müalicə olunmaq üçün reabilitasiya mərkəzinə yerləşdirilib.

BAKU.WS xəbər verir ki, artıq ikinci gündür meyxanaçı burada müalicə alır.

Bu barədə "Elgizlə izlə" verilişində bildirilib.

Çəkiliş zamanı Ağakərimin oğlu da orada olub. O atasının ötən günə nisbətən bu gün biraz yaxşılaşdığını qeyd edib.

Meyxanaçının reabilitasiyasını həyata keçirən həkim bildirib ki, bu gündən artıq dərman və sistem müalicələrinə başlanılacaq.

Qeyd edək ki, Ağakərim uzun illərdir xəstə yatır. O, bir müddət diabetdən əziyyət çəkib. Bundan sonra meyxanaçı 2017-ci ilin mart ayında insult keçirib.

2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirən meyxanaçı o vaxtdan yataq xəstəsidir.

Ətraflı videoda:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
12
Mənbələr
Şərh ()
Bağla