AZ

Mətbuat autizmlə bağlı hansı detallara diqqət etməlidir? – Əsas istiqamətlər AÇIQLANDI

Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunsa da, əksər hallarda 18-30 ay arasında da aşkar edilir. Bu hala daha çox oğlanlarda rast gəlinir.

Autizm zamanı problemlər əsasən, üç sahədə – sosial qarşılıqlı əlaqədə keyfiyyət pozğunluğu, şifahi və şifahi olmayan ünsiyyət, oyun fəaliyyətindəki pozğunluq, məhdud maraq və fəaliyyət, təkrarlanan hərəkətlərdir.

Yenicag.az xəbər verir ki, Medianın İnkişafı Agentliyi, “Birgə və Sağlam” İctimai Birliyi və DOST Agentliyinin “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə Birliyin nəzdindəki Autizm Mərkəzində seminarda çıxışı zamanı mərkəzin təsisçisi Aytən Eynalovanın sözlərinə görə, autizmlə əlaqəli ölkəmizdə istər yerli, istərsə də beynəlxalq səviyyədə maarifləndirmə işləri aparılır.

“Maarifləndirmə işlərinə çoxsaylı konfraslar, panel görüşlər və bir sosial fəaliyyətləri misal göstərmək olar. Bugünki seminarımızın əsas məqsədi insanlara doğru xəbəri çatdıracaq media nümayəndələrinin autizmlə bağlı doğru məlumatlanmanız və mərkəzimizin adından cəmiyyəti daha doğru və tez bir zamanda autizmlə əlaqədar maarifləndirmənizdir. Bu fəaliyyətdə sizin hər birinizə uğurlar arzu edirəm”, – deyə o əlavə edib.

Mərkəzin təsisçisi bildirib ki, burada hər bir uşaqla fərdi şəkildə məşğul olunur:

“Bizim təlim modelimiz ən çətin və məsuliyyətli, dünya standartlarına uyğundur. Ona görə də mərkəzimizdə hər bir uşaqla fərdi olaraq bir mütəxəssis çalışır. Uşaqlar tam hazır olduqdan sonra qrup çalışmaları həyata keçirsək də, hər bir uşağımızın fərdi müəllimi var. Bizim yüngül, orta, ağır olmaqla üç növ autizmli övladlarımız var. Yüngül və orta autizmliyə bir həftəyə belə öyrətmək mümkün olur. Lakin ağır autizmli uşaqlarımıza bəzən aylar lazım olur. Biz geri addım atmadan hər bir uşağımıza mütləq qaydada öyrətməyə çalışırıq”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla