AZ

Mourinyo keçmiş klubuna qayıtmaq istəyir

Portuqaliyalı mütəxəssis Joze Mourinyo məşqçilik karyerasını Premyer Liqada davam etdirə bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, o, yenidən “Mançester Yunayted”in baş məşqçisi vəzifəsini icra etmək istəyir.

İddialara görə, Mourinyo yaxın ətrafı ilə söhbətində yenidən “qırmızı şeytanlar”a rəhbərlik etmək üçün Mançesterə getməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Joze 2016-2018-ci illərdə mankunian nəhənglərində çalışıb. Onun rəhbərliyi altında “Mançester Yunayted” 3 kubok qazanıb: Liqa Kuboku, İngiltərə Superkuboku və Avropa Liqası.

Qeyd edək ki, portuqaliyalının son iş yeri “Roma” olub. Mourinyo 2024-cü ilin yanvarında İtaliya klubunu tərk edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
30
Mənbələr
Şərh ()
Bağla