AZ

Bakıda oteldə ölən vəzifəli şəxslər QİDADAN ZƏHƏRLƏNMƏYİB... - AQTA məlumat yaydı + FOTO

Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar AQTA tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.

Bu barədə AQTA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb. Bununla bağlı bildirik ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir.

xxx

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.

Lent.az xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, zəhərlənmə qidadan baş verməyib. Başqa bi iddiaya əsasən isə, hadisəyə səbəb psixatrop maddələr olub. Eyni zamanda, zəhərlənərək ölənlərdən birinin Astara Gömrük İdarəsinin əməkdaşı, digərinin isə hərbçi olduğu deyilir.

Qeyd edək ki, bu barədə ilkin məlumat "Bakupost" saytında paylaşılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
12
Mənbələr
Şərh ()
Bağla