AZ

Bu geni daşıyanlar Alzheimer xəstəliyinə tutulur -95 faiz halda...

Tədqiqatçılar “APOE4” geninin iki nüsxəsini daşıyan və 65 yaşdan yuxarı olan demək olar ki, bütün insanlarda Alzheimer xəstəliyinin simptomlarının inkişaf etdirdiyini müəyyənləşdiriblər.

Medicina.az xəbər verir ki, bu barədə araşdırma "Nature Medicine" jurnalında dərc edilib.

Tədqiqat çərçivəsində Alzheimer xəstəliyi riskini artırdığı bilinən "APOE4" geni araşdırılıb. 10 mindən çox insan və 3 mindən çox beyin biopsiyası nümunəsi ilə aparılan araşdırma nəticəsindəAlzheimerin "yeni genetik forması"nın aşkar edildiyi bildirilib.

Əvvəlki araşdırmalar sözügedən gen variantının Alzheimer xəstəliyi riskini artırdığını göstərmişdi. Lakin yeni araşdırma genin iki nüsxəsinin demək olar ki, bütün insanlarda Alzheimer xəstəliyinə səbəb olduğunu təyin edib.

İki nüsxə "APOE4" gen variantına sahib 65 yaşdan yuxarı insanların təxminən 95 faizində xəstəliyin əlamətlərinin olduğu qeyd edilib. Bu insanlarda Alzheimer əlamətlərinin digər "APOE" gen variantlarının (APOE2, APOE3) daşıyıcılarından daha erkən üzə çıxdığı vurğulanıb.

"Bu genin Alzheimer xəstəliyinin inkişaf riskini artırdığı 30 ildən çoxdur ki, məlumdur. Lakin indi biz bu genin iki nüsxəsini daşıyan demək olar ki, hər kəsin Alzheimer xəstəsi olacağını aşkarladıq”, - tədqiqatçılardan biri olan Juan Fortea deyib.

“APOE4”ün iki nüsxəsini daşıyan insanların dünya əhalisinin təxminən 2 faizini təşkil etdiyini vurğulayan tədqiqatçı həmin şəxslər üçün xüsusi araşdırma strategiyalarının və müalicə yanaşmalarının hazırlanması lazım olduğunu vurğulayıb.


Aysel


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla