AZ

ABŞ universitetində Fələstinə dəstək nümayişləri səngimir

ABŞ universitetində Fələstinə dəstək nümayişləri səngimir



 16:45 07.05.2024     202

ABŞ-ın Kolumbiya Universitetində başlayan və bütün dünyaya yayılan Fələstinə dəstək nümayişləri davam edərkən, tələbələr tələbləri qəbul olunana qədər aksiyaları davam etdirəcəklərini bildirirlər.

Demedia.az xəbər verir ki, ABŞ-ın bir çox universitetlərində polisin rəhbərliklərin tələbi ilə müdaxilə etdiyi etiraz aksiyalarında 2500-dən çox adam saxlanılıb. Dünyanın müxtəlif ölkələrindən olan universitet tələbələri Kolumbiya Universitetində başlayan nümayişlərə dəstək nümayiş etdirmək və İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün şəhərciklərinə toplaşırlar. Harvard Universiteti rəhbərliyi, şəhərcikdəki çəmənliklərdə düşərgə salan tələbələrin nümayişləri davam etdirmələri təqdirdə şəhərciyi tərk etməyə məcbur olacaqlarını açıqlayıb.

Qarber tələbələrin kampusa daxil olmasına icazə verməyəcəklərini, buna görə də imtahanları buraxa və yataqxanalarda qala bilməyəcəklərini bildirib.

Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla