AZ

“Gürcüstanın namizəd statusu dayandırılsın” –Avropa Parlamentinin 30 deputatı bəyanat verdi

Avropa Parlamentinin 30-dan çox deputatı Avropa Komissiyasının vitse-prezidenti və Aİ diplomatiyasının rəhbəri Josep Borrellə müraciət edərək Gürcüstanın Aİ-yə namizəd statusunu dayandırmağa çağırıb.

Azpost.info bildirir ki, bu barədə SOVA xəbər verir.

Avropa Parlamenti üzvlərinin fikrincə, “xarici agentlər” haqqında qanunun qəbulu prosesində başlanan dinc nümayişçiləri susdurmaq və güc tətbiq etmək cəhdləri həddi aşıb.

“Bu davranış Gürcüstan siyasətində və cəmiyyətində gərginliyi və qütbləşməni daha da artırıb”, – Avropa Parlamentinin deputatları vurğulayıblar.

Avropa Parlamentinin deputatları bu hərəkətlərin Avropa Komissiyasının namizəd statusu əldə etmək kontekstində irəli sürdüyü 9 addıma zidd olduğunu və bu inkişafın artıq gözardı edilə bilməyəcəyinə diqqət çəkirlər.

“Biz sizi qəti mövqe tutmağa və Gürcüstan hökumətinə aydın siqnal verəcək müvafiq tədbirlər görməyə çağırırıq. Gürcüstan hökumətinin və aparıcı “Gürcü arzusu” partiyasının davranışı Aİ-yə namizəd ölkənin öhdəliklərinə ziddir. Üzvlüyə doğru irəliləyiş olmadan Gürcüstanın namizəd statusuna xitam verilməlidir”, – parlamentarilərin bəyanatında deyilir.

Deputatlar hesab edirlər ki, Avropa İttifaqının Gürcüstanın dövlət büdcəsi və hökumət proqramlarını maliyyələşdirməsinə yenidən baxmaq lazımdır.

Bəyanatın müəllifləri Rasa Jukneviçiene, Andrius Kubilius, Miriam Lexman və Avropa Parlamentinin daha 28 üzvüdür.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla