AZ

FAO Azərbaycan Gənc Liderlərlə görüş keçirib

Bakı. Trend:

7 may 2024-cü il tarixində, BMT-nin Ərzaq və Kənd TəsərrüfatıTəşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirməofisində “Gənc Liderlər”lə görüş baş tutub.

Görüşün əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri, iqlimdəyişikliyi, qarşıda duran çətinliklər, çağırışlar və gələcəkəməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparmaq, effektivfəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparmaq idi.

Təşkil olunan görüşdə COP29-da Könüllülərlə İş üzrə Meneceri,xanım Adilə Əliyeva, CBC TV - nin aparıcı - mütəxəssisi şərhçi,xanım Anastasiya Lavrina, Gənclərin İnkişaf və Karyera MərkəzininBaş Direktoru, cənab Azər Əliyev, xanım Səma Bağırova, LayihəMeneceri, Gənclər İqlim Çempionu (YCC) Komandası, cənab RomanQocayev, Gender Hub Azerbaijan-ın həmtəsisçisi və icraçı direktoru,iştirak edib. Gənclər təmsil etdiklər qurum və hazırda icraetdikləri fəaliyyətlər barədə FAO-nun komandasını məlumatlandıraraqtəqdimatla çıxış edib.

İştirak zamanı FAO-nun Azərbaycandakı nümayəndəsi cənab NasarHayat açılış nitqi ilə çıxış edərək gəncləri salamladıqdan sonraFAO-nun gənclərlə bağlı fəaliyyətləri haqda məlumat verib. CənabHayat öz çıxışında “FAO gələcəyin açarının gələcək nəslin əlindəolduğunu anlayır və qarşıda duran çətinliklərə baxmayaraq bizgələcəyə nikbin baxırıq” deyə bildirib.

Öz növbəsində FAO-nun mütəxəsissləri gənclərlə görülən işlər,gələcək perspektivlər barədə fikir mübadiləsi aparıb. Görüşünsonunda müzakirə zamanı qeyd edilən istiqamətlər üzrə əməkdaşlığındavam etdirilməsi qərara alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla