AZ

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsini ifşa etdi

Bakı. Trend:

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Prezident VolodimirZelenskinin və ölkənin ali hərbi-siyasi rəhbərliyinin digərtəmsilçilərinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədəməlumat yayıb.

Trend xəbər verir ki, bu barədə UTX-nin məlumatındabildirilir.

“Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Prezidentinin qətlinihazırlayan RF Federal Təhlükəsizlik Xidmətinin 5-ci xidmətininagent şəbəkəsini ifşa edib. Dövlət Mühafizə Xidmətinin ikipolkovniki həbs olunub. Əks-kəşfiyyat və UTX Federal TəhlükəsizlikXidmətinin Ukrayna Prezidentinin və dövlətin ali hərbi-siyasirəhbərliyinin digər təmsilçilərinin qətlinə dair planlarınıpozublar”, - qurumdan vurğulanıb.

UTX-nin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidmətinin DövlətMühafizə İdarəsi rəhbərliyinin köməyi ilə vaxtında ifşa olunmuşagent şəbəkəsi planları həyata keçirməli idi.

“Fəaliyyəti Moskvadan, Federal Təhlükəsizlik Xidməti tərəfindənyönləndirilən şəbəkənin heyətinə Dövlət Mühafizə İdarəsinin ikipolkovniki daxil idi, RF-nin məxfi məlumatını onlar ötürüblər”, -deyə xidmətdə əlavə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
5
Mənbələr
Şərh ()
Bağla