AZ

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Bakı. Trend:

Körfəz Əməkdaşlıq Şurasına üzv olan ölkələr üzrə (BƏƏ, Bəhreyn,Səudiyyə Ərəbistanı, Qətər, Oman, Küveyt) hazırlanan hesabatdaAzərbaycan səyahət istiqaməti kimi üstünlük verilən 10 ölkəarasında 38% faizlə birinci pillədə yer alıb.

Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumatverilib.

“Connecting Travel Insight Report” adlanan hesabat tanınmış“Jacobs Media” şirkəti tərəfindən hazırlanaraq may 7-də “ATM Dubai2024” çərçivəsində təqdim olunub. Hesabatda göstəricilər cari ilinməlumatlarını əhatə etməklə uçuş tutumunun həcmlərinə uyğun olaraqorta artıma müvafiq hesablanıb. Azərbaycanla yanaşı onluqda Misir,Tailand, Böyük Britaniya, İtaliya, Fransa, Gürcüstan, İsveçrə,Türkiyə və Maldiv Respublikası kimi ölkələr sıralanıb.

Tədbirdə çıxış edən Ümümdünya Səyahət və Turizm Təşkilatının(WTTC) Baş icraçı Direktoru Culiya Simpson öz çıxışındaAzərbaycanın, həmçinin “Hotel Dayanıqlılığının Əsasları” proqramınaqoşulmasını qeyd edərək bu təşəbbüsü yüksək qiymətləndirdiyinivurğulayıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Yaxın Şərqregionundan ölkəmizə səfər edənlərin sayında ötən ilin eyni dövrüilə müqayisədə 51% artım müşahidə olunub.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
15
Mənbələr
Şərh ()
Bağla