AZ

Bakı Musiqi Akademiyasında “Azərbaycan cazı: tarix vəmüasirlik” mövzusunda dəyirmi masa keçirildi (FOTO)

Bakı. Trend:

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü vətəşkilatçılığı, ADA Universitetinin, eləcə də, MədəniyyətNazirliyinin təşkilati dəstəyi ilə keçirilən Bakı Beynəlxalq CazGünü tədbirlər silsiləsi çərçivəsində “Azərbaycan cazı: tarix vəmüasirlik” mövzusunda dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, tədbirdə bir sıra tanınmış musiqişünas vətədqiqatçılar, ifaçılar, müəllim-tələbə heyəti iştirak edib.

İlk məruzə ilə tədbiri açan musiqişünas, tədqiqatçı, DövlətMarionet Teatrının aktrisası Fərizə Babayeva “Caz musiqisinotlarının bəzi nəşrlərinə dair” mövzusunda maraqlı mülahizələriilə çıxış edib. İştirakçıların nəzərinə “Azərbaycanda cazstandartlarının notlaşdırılması işi lazımdırmı?” məsələsiniformalaşdırıb, iştirakçılarla bir sıra faktları və Azərbaycan cazmusiqiçilərinin əsərlərinin not yazılarının olmaması səbəbindənyaranan çətinlikləri sadalayıb. BMA-nın professoru, sənətşünaslıqüzrə fəlsəfə doktoru Lalə Rzayeva caz musiqisində “parafraz”,“transkripsiya”, “aranjiman”, “interpretasiya” kimi anlayışlarınfərqi barədə öz məruzəsi ilə bölüşüb.

BMA-nın dosenti, Turan Məmmədəliyeva öz məruzəsini əfsanəvi“Qaya” kvarteti və onun üzvü Rauf Babayevin fəaliyyətində heyətinyaratdığı ənənələrin davamı mövzusuna həsr edib. Bakı XoreoqrafiyaAkademiyasının konsertmeysteri, musiqişünas və pianoçu ArifAğayevin çıxışında “Muğamın incəlikləri” mövzusuna dair maraqlıqeyd və fikirlər səslənib. Niderlandda fəaliyyət göstərənazərbaycanlı musiqişünas Natəvan Hüseynovanın çıxışında“Azərbaycanda caz-muğam təzahürünün yaranması” barədə tarixifaktlara əsaslanan maraqlı prezentasiya baş tutub.

Tədbirin gedişatı məruzələr ilə musiqi çıxışlarının növbələşməsiprinsipi üzrə istiqamətlənirdi. Bakı Musiqi Akademiyasınıntələbələri Cəmalə Abdinzadə, Fatimə Vəliyevanın çıxışında akademiküslubda caz əsərlərinin ifası, Azərbaycan Milli KonservatoriyasınınIV kurs tələbəsi Nurlan Hüseynzadənin solo ifasında caz standartı,Dövlət “Qaya” Ansamblının a kapella ifasında kompozisiyalarsəsləndi. Tədbirin xüsusi qonağı, Azərbaycan caz musiqisininveteranlarından biri, keçmiş “Bakı alovları” və “Qız qalası”heyətlərinin bədii rəhbəri, pianoçu Vitaliy Volkov öz virtuoz vəlirik ifası ilə parlaq təəssürat bağışlayıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az,Azernews.Az

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
Mənbələr
Şərh ()
Bağla