AZ

"Dokta" apteki reseptsiz dərman satdığına görə cərimələnir

"Dokta" apteki reseptsiz dərman satdığına görə cərimələnir.

İqtisadiyyat.az xəbər verir ki, aptekin respetsiz dərman satışını həyata keçirməsi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aşkarlanıb.

Buna görə də qurum aptek barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Vüsal Tağıyevin icraatına verilib.

Protokol tərtib olunan maddədə deyilir ki, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla