AZ

Lavrov və həmkarı Fərhan Fələstindəki vəziyyəti müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan arasında telefon danışığı olub və Fələstindəki vəziyyəti müzakirə ediblər.

Editor.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, İsrail-Fələstin münaqişəsinin təsirinə məruz qalan bölgədə və Qırmızı dəniz hövzəsindəki hadisələrin xüsusilə vurğulandığı görüşdə nazirlər beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərinin Yaxın Şərqdə sülh və sabitliyə xələl gətirən böhranların təcili siyasi və diplomatik həlli üçün səylərini birləşdirməli olduqlarını bildiriblər.

Lavrov və Ferhan Rusiya-Səudiyyə Ərəbistanı əlaqələrinin inkişaf perspektivlərini müzakirə edərkən, Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ilin dekabrında Ər-Riyada səfəri zamanı əldə olunan razılaşmaların həyata keçirilməsi ilə bağlı vəzifələrə diqqət yetiriblər. Putinin Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşü kontekstində Rusiya və Səudiyyə Ərəbistanının birgə bəyanatı yayılıb. Bəyannamədə İsrail və Fələstin arasında davam edən Yaxın Şərq böhranında liderlərin iki dövlətin qurulmasını nəzərdə tutan beynəlxalq qərarların həyata keçirilməsinin tərəfdarı olduğu vurğulanıb.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla