AZ

“Depressiya ciddi psixoloji xəstəlikdir“ - PSİXOLOQ DANIŞDI

“Depressiya özünü müxtəlif simptomlar şəklində göstərən psixoloji pozuntudur. Depresiyyanın səbəblərinə bir çox misalları çəkmək olar. Bunlardan genetik, sosial, psixoloji və s. kimi faktorları göstərmək olar. Depressiya ciddi bir psixoloji xəstəlikdir və bundan əziyyət çəkən insanlar psixoloqun, psixoterapevtin, həmçinin psixiatrın nəzarəti altında olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

Psixoloq bildirib ki, depressiya və depressiv vəziyyət insanı elə bir hala gətirə bilər ki, insan “etmərəm” dediyi şeyləri belə edə bilər. Ona görə də depressiv vəziyyətə dırnaqarası yanaşıb, gözardı etmək olmaz: “Depressiya zamanı yuxusuzluq və ya əksinə çox yatmaq, unutqanlıq, davamlı özünü yorğun hiss etmək, xroniki yorğunluq, zövq ala bilməmək, diqqət daqğınıqlığı və s. özünü göstərir. Ancaq hər bu simptomlar olan insana depressiya diaqnozu qoymaq doğru deyil. Bu simptomları davamlı şəkildə yaşayan, bir aya yaxın müddətdə davamlı hiss edən insanlarda depressiya haqqında danışmaq olar.

Xüsusən hamiləlikdən və doğumdan sonrakı period da yenicə ana olmuş qadınların psixoloji vəziyyəti üçün önəmli faktordur. Belə ki, burada qayğı və böyüklərin, məsələn: ananın, nənənin yardımları, yeni doğulmuş körpənin və ananın yalnız buraxılmaması diqqət edilməsi gərəkən nüanslardandır. Doğumdan sonrakı depressiya ilk övladını dünyaya gətirən və ilk analıq duyğusunu yaşayan qadınlarda sıx şəkildə müşahidə edilir. Çünki bu onların ilk təcrübəsi olduğu üçün, onlar uşaqla necə bacaracaqlarını, rəftar edəcəklərini, ona necə baxacaqlarını bilmirlər. Bu xüsusda da vurğuladığımız kimi böyüklərin dəstəyi, uşağa necə baxılmasını ona öyrətmələri ən vacib fator sayılır. Belə ki, bu zaman yeni ana olan qadında özgüvən hissi artır və bir müddət sonra böyüklərin köməyi olmadan da özü körpəsinin bütün ehtiyaclarını qarşılaya və ona baxa bilir.

Depressiya müalicə oluna bilən xəstəlikdir, problemdir. Ancaq qeyd etdiyim kimi, zamanında müraciət etmək və psixoterapevtin, həmçinin psixiatrın nəzarəti altında düzgün müalicə üsulunun seçilməsi bu problemin aradan qaldırılmasında əsas hissəni təşkil edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
31
Mənbələr
Şərh ()
Bağla