AZ

Tələbələr israilə qarşı aksiya keçiriblər

Niderland polisi Amsterdam Universiteinin qarşısında İsrailin Qəzzanı bombalamasına qarşı keçirilən etiraz aksiyasını dağıtmağa başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, tələbələr təhlükəsizlik qüvvələrinə müqavimət göstəriblər.

Tərəflər arasında qarşıdurmaların olduğu bildirilir. Polis 125 nəfəri həsb edib.

Qeyd edək ki, İsrailə qarşı tələbə hərəkatı Amerika Birləşmiş Ştatlarında başlayıb. Avropanın bir sıra ölkələrindən də bu aksiyaya dəstək nümayiş olunur. Tələbələr Qəzzada atəşkəsə çağırış edir, təhsil aldıqları universitetlərin İsrail ilə maliyyə əlaqələrini dayandırmalarını tələb edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla