AZ

Hoteldə ölənlər qidadan zəhərlənməyib - RƏSMİ AÇIQLAMA

Bakının Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar müvafiq qaydada araşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirilib ki, hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.

Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb:"Bununla bağlı bildirik ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir".

***

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində qeydə alınıb. Belə ki, iki nəfərin - 1998-ci il təvəllüdlü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
214
26
Mənbələr
Şərh ()
Bağla