AZ

Qırğızıstan sərhədçiləri ilə Tacikistan arasında atışma oldu

Qırğızıstan və Tacikistan sərhədində Tacikistan sakinləri ilə qırğız sərhədçiləri arasında atışma baş verib. 

News24.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“Mayın 7-də Qırğızıstan-Tacikistan dövlət sərhədinin təxminən saat 12:20-də Leylekin Ak-Bosoqo kəndi yaxınlığında odlu silahdan istifadə ilə bağlı insident baş verib. Batken vilayətində (Qırğızıstan) Qırğızıstanın sərhəd naryadı dövlət sərhəd xəttindən 250-300 m aralıda Qırğızıstan ərazisində mal-qara otaran Tacikistan vətəndaşlarını - çobanları müşahidə edib”, - məlumatda deyilir.

Qeyd edildiyi kimi, Tacikistan vətəndaşları sərhədçilərin Qırğızıstan ərazisini tərk etmək tələblərinə məhəl qoymayıb, üstəlik, hərbçilərə daş atmağa başlayıblar.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla