AZ

İsrailin Rəfah əməliyyatı Qəzza zolağında atəşkəsə nail olmaq səylərini pozmaq məqsədi daşıyır -İran XİN

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani İsrailin Qəzzanın Rəfah şəhərində həyata keçirdiyi hərbi əməliyyatı pisləyib və deyib ki, bu, beynəlxalq ictimaiyyətin Fələstin anklavında sülhün bərqərar olması səylərini pozmaqdır.

“İsrail bu qərarı Qəzza zolağında müharibə və soyqırımı dayandırmaq üçün beynəlxalq ictimaiyyətin səylərini puça çıxarmaq və israilli cinayətkarların fərdi və qrup mənafelərini qorumaq niyyəti ilə qəbul edib”, - o bildirib.

Kənani İsrail və ABŞ-ni “xüsusilə də Rəfah bölgəsində qan tökülməsinin davam etməsində” günahlandırıb.

Sözçünün sözlərinə görə, "bölgədə sülh və təhlükəsizliyin açarı Qəzza zolağında və İordan çayının qərb sahilində məzlum Fələstin xalqına qarşı müharibənin dərhal və qeyd-şərtsiz dayandırılmasıdır".

“Beynəlxalq ictimaiyyətin bütün üzvləri bu məqsədə nail olmaq üçün [İsrailə] təzyiq göstərməlidirlər”, o deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla