AZ

İraqın şimalında 2 terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı Qara bölgəsində aşkarlanan daha iki PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, "Terrorun mənbəyində məhv edilməsi istiqamətində əməliyyatlarımız effektiv və qətiyyətlə davam edir. İraqın şimalındakı Qara bölgəsində aşkarlanan daha 2 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib",-deyə qeyd edilib.

Bu gün zərərsizləşdirilən terrorçuların sayı 6-ya yüksəlib

Bu gün Suriyanın şimalında Fərat Qalxanı bölgəsində təcavüz atəşi açan 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Beləliklə, bu gün zərərsizləşdirilən terrorçuların sayı 6-ya yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla