AZ

4 ölkə NATO-ya əməkdaşlıq təklifi göndərib

Avstriya, İrlandiya, Malta və İsveçrədən ibarət dörd neytral Avropa dövləti ötən ilin sonunda Şimali Atlantika Alyansına (NATO) geniş əməkdaşlıq təklifi ilə məktub göndərib.

Bu barədə İqtisadiyyat.az "Die Presse" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bu dövlətlər Finlandiya və İsveçin alyansa qoşulmasından sonra öz qruplarını "WEP4" (Qərbi Avropanın dörd tərəfdaşı) olaraq yerləşdirmək niyyətindədir.

Alyansa göndərdiyi məktubda ölkələr özlərini “ortaq dəyərlər uğrunda blokun ən yaxın tərəfdaşları” adlandırır və cari dövrdə NATO ilə tərəfdaşlıqlarının artan əhəmiyyətini vurğulayıblar. Onlar, həmçinin Avropa qitəsində qeyri-sabitliyin artdığını qeyd ediblər.

Məktubda "WEP4" dövlətləri NATO-nun hərbi manevrlərində, o cümlədən böhrana cavab təlimlərində iştiraklarını genişləndirmək niyyətlərini bildiriblər.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla