AZ

Sabiq baş nazir: Zənglərdən yorulmuşam, adamı əsəbləşdirirlər

"Dincəlmək istəyirəm, adam 90-100 yaşınadək işləməli deyil ki?"


Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı saytlarda məlumat yayılıb. Novruz Məmmədovun öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunduğu iddia olunub. Hələlik onun yerinə təyinat olmayıb. 

Yayılan xəbərlərlə bağlı "Sherg.az"a danışan Novruz Məmmədov vəzifəsindən azad olunması ilə bağlı xəbəri təsdiqləyib. 

Professor bildirib ki, ərizə yazaraq tutduğu vəzifədən öz istəyi ilə azad edilməsini xahiş edib: 

"Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad edəsiz. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. 3-4 il orada işlədim. İndi istəyirəm istirahət edəm. Yaşıma görə artıq dincəlmək istəyirəm. Qurtardı getdi, burda başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla, razılığıma ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir". 

Sabiq baş nazir vurğulayıb ki, vəzifəsindən hardasa 3-4 həftə əvvəl uzaqlaşıb: 

"Bu, çoxdan olub, niyə indi xəbər yayılır bilmirəm. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbləşdirirlər. Azərbaycan Dillər Universitetində işlədiyim müddətdə əlimdən nə gəlir etdim. Ümummilli Liderin 100 illiyi ilə bağlı 50-yə yaxın konfrans keçirmişəm. Rəhbərliyim altında elm, magistratura və doktorantura şöbələrinin iştirakı ilə çoxsaylı elmi tədbirlərimiz olub. Eyni zamanda respublika səviyyəsində beynəlxalq konfranslar təşkil etmişik. Dünyanın bir çox universitetlərinin tanınmış nümayəndələrinin iştirakı ilə tədbirlər hazırlamışıq. Missiyamızı sona qədər həyata keçirmişik. Yaşım da artıq çoxdur. Dincəlmək lazımdır. Adam 90-100 yaşınadək işləməli deyil. Söhbət bundan gedir". 

Məlumat üçün deyək ki, Novruz Məmmədov 2019-cu ildən prorektor vəzifəsində çalışırdı. 77 yaşlı professor 1997-2018-ci illərdə Prezident Administrasiyasında çalışıb, 2018-2019-cu illərdə Azərbaycanın Baş naziri olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
18
Mənbələr
Şərh ()
Bağla