- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Yekaterinburqun Soyuznaya küçəsində çoxmərtəbəli bina yanır.
Məlumata görə, yanğından xilas olmaq istəyən bir nəfər göydələnin iyirminci mərtəbəsindən yıxılıb.
İnsanlar boğulmamaq üçün pəncərələrdən xilas olmağa çalışırlar. Evlərdən birinin sakini eyvandan asılı vəziyyətdə qalıb. Lakin özünü saxlamağa gücü çatmayaraq aşağı uçub. Başqa bir adam isə pəncərədə oturub xilas olunmasını gözləyir. Daha bir sakin isə divara pərçimlənmiş kondisionerin borusu vasitəsilə qonşu evə pəncərənin şüşəsini sındıraraq keçib. Həyət avtomobillərlə dolu olduğundan xilasedicilərin çoxmərtəbəli binaya çatması çətinləşir.
Mənbə: "Mash” "Telegram” kanalı
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.