AZ

Fransa Rusiyanı qorxutmaq üçün diplomatik kanallardan istifadə etməkdə ittiham edib

Fransa Xarici İşlər Nazirliyi Fransa səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması ilə əlaqədar Moskvanı hədə-qorxu üçün diplomatik kanallardan istifadə etməkdə ittiham edib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

“Fransa qeyd edir ki, diplomatik kanallar yenidən informasiya manipulyasiyası və hədə-qorxu məqsədləri üçün istifadə olunur”.

 

Lakin bununla bağlı əlavə izahat verilməyib.

 

Bazar ertəsi, mayın 6-da Fransanın Rusiyadakı səfiri Pyer Levi Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya diplomatik departamentinin məlumatına görə, Rusiya hakimiyyəti səfirə Parisin Ukrayna ətrafında münaqişənin daha da genişlənməsinə səbəb olan destruktiv və təxribatçı xətti barədə məlumat verib.

 

Mayın 7-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hətta Fransanın müttəfiqləri də ölkə prezidenti Emmanuel Makronun bəyanatlarının mənasını anlaya bilmirlər. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Fransa lideri Avropada liderlik əldə etməyə çalışarkən “mağara rusofobiyası” ilə nəfəs alır.

 

Bundan əvvəl “Reuters” səhvən Rusiya səfirinin Fransa Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı xəbər dərc edib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
27
Mənbələr
Şərh ()
Bağla