AZ

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Almaniyanın “Uniper” şirkəti bildirib ki, Rusiya məhkəməsinin törəmə şirkətin “Qazprom Export”u məhkəməyə verməsini qadağan edən qərarı Rusiya şirkətinə “Uniper”in Rusiyadakı və xaricdəki aktivlərinə həbs qoymağa imkan verə bilər. 

Valyuta.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Hesabatda deyilir ki, məhkəmə mart ayında Uniper-ə qarşı “Qazprom Export”un xeyrinə müvəqqəti qərar çıxarıb və bu qərara əsasən, şirkətə arbitraj prosesini davam etdirmək qadağan edilib. Şirkət onu pozarsa, “Qazprom Export” milyardlarla avro məbləğində cərimə ödəməlidir.

Uniper məhkəmənin qərarını beynəlxalq hüququn pozulması adlandırıb və apelyasiya şikayəti verib.

Şirkət qeyd edib ki, Uniper-in aktivlərinə həbs qoyula biləcəyi senarini hələ ciddi şəkildə nəzərdən keçirmir.

Martın 13-də Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi “Qazprom Export” şirkətinin Uniper Global Commodities SE və Meta-Methanhandel GmbH şirkətlərinə qarşı iddiasını təmin edib. Alman tacirlərinə beynəlxalq arbitrajda prosesləri davam etdirmək qadağan edilib. Məhkəmə qadağanın pozulması halında alman şirkətlərindən Qazprom-un xeyrinə 14,3 milyard avro məbləğində cərimə toplamaq qərarına gəlib.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
1
Mənbələr
Şərh ()
Bağla