AZ

“Parlament onlar üçün nə etsə, yenə də azdır" - Qulu Məhərrəmli

“Parlamentin bu layihəni təsdiq etməsinə çox müsbət baxıram. Ona görə ki, bu parlament ölkə, xalq, vətən şəhidlər və onun övladları üçün nə etsə, yenə də azdır. Bu, onlar üçün təkcə mənəvi borc deyil, həm də canını vətən yolunda qurban vermiş şəhidlərimizə bir ehtiramdır”.

Bunu Bakupost.az -a açıqlamasında professor Qulu Məhərrəmli parlamentin özəl universitetlərdə pulsuz təhsil almasına dair təsdiq etdiyi qanun layihəsi haqda danışarkən deyib.

O, çıxışına daha sonra bunları əlavə edib:

“Şəhid ailəsi üzvləri bütün imtiyazlara, üstünlüklərə layiqdirlər. Yəni şəhid ailələri ailə başçısının olmamasını hiss etməməlidir. Hiss etməlidir ki, dövlət, vətən onların qayğısına qalır, bu imtiyazları verir və əlbəttə ki, o övladlar da gələcəkdə öz atalarına, vətənlərinə layiq bir vətəndaş olmalıdırlar. Bunu çox müsbət qiymətləndirirəm və hesab edirəm ki, bu istiqamətdə nə addım atılsa, təqdirəlayiqdir”.

Qeyd edək ki, Milli Məclis bugünkü iclasında şəhid ailəsi üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
Mənbələr
Şərh ()
Bağla