AZ

Tacikistan-Qırğızstan sərhədində gərginlik

Tacik çobanları Qırğızıstan sərhədçiləri arasında atışma olub.

Editor.az bildirir ki, bu barədə Qırğızıstan sərhəd xidməti Telegram-da məlumat yayıb. Atışma bu gün, mayın 7-də səhər saatlarında Batken vilayətinin Leylek rayonunun Ak-Bosoqo kəndi yaxınlığında baş verib.

Qırğızıstanın sərhəd naryadı sərhəd xəttindən 250-300 m aralıda Qırğızıstan ərazisində mal-qara otaran Tacikistan vətəndaşlarını – çobanları görüb. “Tacikistan vətəndaşları sərhədçilərin Qırğızıstan ərazisini tərk etmək tələblərinə məhəl qoymayıb, üstəlik, hərbçilərə daş atmağa başlayıblar. Çobanlardan biri Qırğızıstanın sərhədçisinə 2-3 atəş açıb”, – Qırğızıstan sərhəd xidmətinin bəyanatında deyilir. Bildirilir ki, “vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün” sərhədçilər havaya atəş açıb, bundan sonra çobanlar “Tacikistan ərazisinə qaçıblar”.

Sərhədçilər xəsarət almasa da, Tacikistan vətəndaşlarından biri ayağından yaralanıb. Yaxın vaxtlarda Tacikistan və Qırğızıstanın sərhədçiləri baş verənləri müzakirə etmək üçün görüşəcəklər.

Xatırladaq ki, 2023-cü ilin dekabrına qədər Qırğızıstan və Tacikistan dövlət sərhədinin 90%-dən çoxunu razılaşdırıblar. Onun delimitasiyası ilə bağlı danışıqların bu ilin yazında başa çatacağı güman edilirdi, lakin işlər hələ də davam edir. Mart ayında tərəflər sərhədin 83 km-lik hissəsinin delimitasiyası məsələsini müzakirə ediblər.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla