AZ

Tələbə təqaüdlərindən tutulma qanunidirmi? - ekspertdən AÇIQLAMA

Tələbələrə hər ay verilən təqaüddən müəyyən məbləğ komissiya tutulur. Universitetdən soruşduqda bunun THİK- ə xərcləndiyini yaxud da təhsilananlar içərisində yardıma ehtiyacı olan şəxslərə xərcləndiyini bildirirlər. Bəs görəsən tələbələrin xəbəri olmadan belə halın baş verməsi həqiqətən mümkündürmü ?

Bu barədə təhsil eksperti Elçin Əfəndi Referans.az-a açıqlama verib

O bildirib ki, tələbə əgər Tələbə Həmkarlar ittifaqına üzvdürsə və yaxud universitetdə hər hansısa təşkilatlardan birinə üzvdürsə təqaüdlərdən tutulma yalnız o halda baş verə bilər. Əgər tələbənin xəbəri olmadan hər hansısa bir tutulma yaxud da hər hansısa təşkilata üzv olma halı baş verərsə bu artıq qanunvericilik halının pozulması deməkdir. Qeyri-qanuni bir davranış halının həyata keçməsi deməkdir. Əlbəttə hər hansısa tutulma da varsa tələbəyə bunun hesabatlılığı verilir və verilməlidir də. Bunu da mühasibatlıq bildirməlidir, yəni tələbə 100 manat alırsa bundan 2-3 manat tutulma varsa, bunun hansı istiqamətdə tutulması barədə hesabatlılıq təqdim olunmalıdır. Tələbənin ixtiyarı çatır ki, həmin tutulma barədə onun hansı istiqamətdə olduğu barədə məlumat əldə etsin. Əgər tələbələrə açıq şəkildə hesabat verilmirsə bu zaman tələbələr Elm və Təhsil nazirliyinə və Ali təhsil üzrə Dövlət Agentliyinə müraciət edə bilər.  


Fatimə Bağırova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla