AZ

Yağmur Teymurlu və Ömər Teymurlu 3 medal qazanıb - FOTO

Mayın 3-6-da 2012-2013-cü illər təvəllüdlü badmintonçular arasında ölkə birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.

Yağmur Teymurlu yarışı 3 medalla başa vurub. O, şəxsi və qoşa kateqoriyalarında qızıl, qarışıq-qoşada isə gümüş medal qazanıb. Ömər Teymurlu isə birinciliyi 2 qızıl və 1 bürünclə başa vurub.

Qaliblərə medal və diplomlarla müakafatlandırılıb.

Şəxsi
Oğlanlar

1. Malik Cəfərov
2. Omar Mehdi
3. Ömər Teymurlu, Hüseyn Məmmədov

Qızlar
1. Yağmur Quliyeva
2. Banu İbrahimli
3. Mədinə Hacıyeva, Ayla Abdullayeva

Qoşa
Oğlanlar

1. Ömər Teymurlu-Yusif Kamalov
2. Hüseyn Məmmədov-Omar Mehdi
3. Amin Məmmədov-Məhəmməd Hacıyev, Cəfər Əlizadə-Malik Cəfərov

Qızlar
1. Banu İbrahimli-Yağmur Quliyeva
2. Həbibə Quliyeva-Ziba İsgəndərova
3. Duyğu Mustafalı-Fatimə İsmayılova, Esma Məmmədova-Mədinə Hacıyeva

Qarışıq qoşa
1. Ömər Teymurlu-Banu İbrahimli
2. Məhəmməd Hacıyev-Yağmur Quliyeva
3. Malik Cəfərov-Ziba İsgəndərova, Hüseyn Məmmədov-Həbibə Quliyeva

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
1
Mənbələr
Şərh ()
Bağla