AZ

Putin andiçməsindən sonra görün hansı sənədi imzaladı

Rusiya prezidenti Vladimir Putin Aleksandr Nurizadəni Xorvatiyaya səfir təyin edib.

 

Oxu24.com  xəbər  verir   ki, Bu, Putinin andiçmə mərasimindən sonra imzaladığı ilk sənədlərdən biridir.

 

Bu gün günorta saatlarında keçirilən mərasimdə onun beşinci prezidentlik müddətinin başlanması qeyd edilib.

 

Digər sərəncamla Putin Andrey Nesterenkonu Xorvatiyadakı səfir vəzifəsindən azad edib.

 

Aleksandr Nurizadə 1959-cu il fevralın 14-də anadan olub. 2003-2008-ci illərdə, sonra isə 2013-2020-ci illərdə Rusiyanın Milanda baş konsulu olub. Nurizadə 2021-2024-cü illərdə Xaricdəki Həmvətənlərlə İş Departamentinin direktoru vəzifəsində çalışıb.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
1
Mənbələr
Şərh ()
Bağla