AZ

Nintendo rəsmi olaraq Switch 2-nin təqdimat vaxtını açıqladı

Nintendo 2025-ci ilin mart ayının sonuna qədər öz hibrid konsolunun növbəti nəsli olan Switch 2-ni təqdim etməyi planlaşdırır.

Bu barədə VideoGamesChronicle (VGC) portalı şirkətin prezidenti Şuntaro Furukavanın sözlərinə istinadən xəbər verir.

Mənbənin bildirdiyinə görə, Furukava son maliyyə hesabatı dərc edildikdən sonra Nintendo Switch 2 konsolunun buraxılmasını elan edib. O, cihazı 2025-ci ilin martına qədər davam edəcək cari maliyyə ilinin sonuna qədər təqdim edəcəyinə söz verib.

Furukavanın sözlərinə görə, Nintendo iyun ayında daha bir Direct təqdimatı keçirəcək, lakin yeni konsol haqqında heç bir xəbər olmayacaq. Bunun əvəzinə şirkət 2024-cü ilin ikinci yarısı üçün Nintendo Switch-in birinci nəsli üçün oyunların sırası haqqında danışacaq.

Növbəti konsolun elan edilməsinə baxmayaraq, Nintendo hələ yeni məhsulla bağlı heç bir təfərrüat açıqlamayıb. Şayiələrə görə, Switch 2 kadr sürətlərini yaxşılaşdırmaq üçün PlayStation 4 səviyyəli performans və DLSS texnologiyası dəstəyi alacaq.

Mənbə: Autotech

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla