AZ

Bölgələrdə də mənzillər BAHALAŞDIVİDEO

Bakı ilə yanaşı bölgələrdə də mənzillərin qiyməti bahalaşıb.

Xezexeber.az xəbər verir ki, Mingəçevirin əsasən mərkəz hissəsində satışa çıxarılan mənzillərin qiymətində artım müşahidə edilir.

Şəhərdə rieltor xidməti ilə məşğul olanların sözlərinə görə, ötən illə müqayisədə bina evləri 6-8 min manat bahalaşıb. Onlar artıma səbəb kimi, Mingəçevirdə  tikintinin az olmasını göstərirlər.

Mingəçevir bina evləri ilə yanaşı həyət evlərinində qiymətində də artım olduğu bildirilir.

Gəncədə də mənzillərin qiyməti artıb.

Son iki ildə bina evləri 10 -15 min manat bahalaşıb. Ev alqı-satqısı ilə məşğul oalnalar bildirir ki, Şəhərdə həyət evlərinə daha çox maraq artıb.

O da, qiymətə təsirsiz ötüşməyib.

Qeyd edilib ki, evlərin qiymətinin bahalanmasından sonra satışda nisbətən durğunluq yaşanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
4
Mənbələr
Şərh ()
Bağla