AZ

Güney Azərbaycanda şəhər başçısı həbs edildi

İranın Mərənd şəhərinin başçısı və bir neçə əməkdaşı həbs olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı Mərənd şəhərinin prokuroru Yusif Ziyamehrin verdiyi xəbərə əsasən məlumat yayıb.

“Mərənd Bələdiyyəsinin yol verdiyi qanun pozuntuları ilə bağlı məsələ bir neçə ay ərzində təhlükəsizlik orqanlarının nəzarəti altında olub. Lazımi məhkəmə qərarları çıxarılaraq Mərənd şəhərinin başçısı, onun müavini və bir neçə bələdiyyə işçisi də daxil olmaqla, 10-dan çox vəzifəli şəxs rüşvət almaq və dövlət əmlakına ziyan vurmaqda ittiham olunublar”, - deyə prokuror əlavə edilib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
5
Mənbələr
Şərh ()
Bağla