AZ

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

ABŞ-də mütəxəssislər 1990-cı illərdə yoxa çıxan "S73-7" eksperimental peyki tapıblar.

Peyki Harvard-Smitson Astrofizika Mərkəzinin alimləri aşkarlayıblar.

Qeyd olunur ki, infraqırmızı kalibrləmə topu adlandırılan "S73-7" kosmik zondu hələ 1974-cü ildə buraxılıb. O, uzaqdan zondlama sistemini kalibrləmək üçün nəzərdə tutulmuşdu. Lakin Yerdən 800 km hündürlükdə orbitə girdikdən sonra 66 sm enində olan zond öz işlək vəziyyətinə qayıda bilməyib.
Bir müddət Yerdəki sistemlər yararsız hala düşmüş cihazı izləyə bilsə də, 25 ildən sonra o, radarlardan itib. Nəticədə kosmik zond yalnız ötən ayın sonunda tapılıb.

Mənbə: Gizmondo

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla