AZ

"Freedom House" Rusiyada “arzuolunmaz” təşkilat kimi tanınıb

Rusiya Baş Prokurorluğu mərkəzi ofisi Vaşinqtonda yerləşən “Freedom House” qeyri-hökumət hüquq müdafiə təşkilatını ölkədə “arzuolunmaz” elan edib.

Rusiya departamenti, digər məsələlərlə yanaşı, “Freedom House”un Ukrayna ordusuna hərtərəfli yardım göstərilməsi, Rusiyanın “dondurulmuş” aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi, eləcə də sanksiyalara qarşı təzyiqlərin artırılmasını tələb etdiyini bildirdi.

SİA xatırladır ki, “Freedom House” 1941-ci ildə təsis edilib. Təşkilat 40 ildən artıqdır ki, bütün dünyada siyasi və vətəndaş azadlıqlarının vəziyyətini araşdırır.

Dövlət Dumasının daxili işlərə müdaxiləni araşdıran komissiyasının rəhbəri Vasili Piskarev martın əvvəlində bildirmişdi ki, Rusiya hakimiyyəti “Freedom House”un “arzuolunmazlar” siyahısına daxil edilməsi məsələsini araşdıracaq.

Meduza xatırladır ki, Piskarev hüquq müdafiəçilərini “Freedom House”un 2024-cü il Rusiya prezident seçkilərini saxta adlandırdığı təşkilatın hesabatına görə “Rusiyadakı seçkiləri gözdən salmaq kampaniyasında” ittiham edib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla